Bakı-Tbilisi qatarının hərəkətilə bağlı problem aradan qaldırıldı - [color=red]YENİLƏNİB-1[/color]
  • HADİSƏ

  • 01:55 09 İyul 2019

Bakı-Tbilisi qatarının hərəkətilə bağlı problem aradan qaldırıldı - YENİLƏNİB-1

Bakı-Tbilisi sərnişin qatarının hərəkət etdiyi dəmir yolunda elektrik naqillərində yaranmış nasazlıq aradan qaldırılıb.

APA -nın yerli bürosunun məlumatına görə, təxminən 2 saatadək davam edən təmir işləri yekunlaşıb və qatar yola düşüb.

Eelektik naqillərində qısaqapanma baş verib və qatarın hərəkəti dayandırılıb. Bu barədə APA -ya stansiyadan məlumat verilib. Hazırda hadisə yerində təmir işlərinə başlanılıb.
****
01:12


Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb.
Qatardakı sərnişinlərdən birinin APA -ya verdiyi məlumata görə, hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, qatarın hərəkətinin dayanması elektrik naqilində yaranmış nasazlıqla əlaqədar olub.
Sərnişinin bildirdiyinə görə, hazırda qatarın qapıları bağlıdı və hərəkətin nə zaman bərpa olunacağı barədə onlara məlumat verilməyib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR