• HADİSƏ

    09:21 29 sentyabr 2019

Bakıda 11 yaşlı qız yanğında ölüb

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR