Bakıda 12 nəfərə qarşı dələduzluq edən şəxs tutulub.
DİN Mətbuat Xidmətindən ONA-ya verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə Bakı şəhər sakinləri olan 12 nəfərin pullarını almaqda şübhəli bilinən paytaxt sakini E.Kərimov saxlanılıb.