• HADİSƏ

    18:32 27 aprel 2019

Bakıda itkin düşən 13 yaşlı məktəbli tapılıb - YENİLƏNİB - RƏSMi

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu itkin düşmüş məktəblinin tapılması ilə bağlı rəsmi məlumat yayıb.

ONA-ya daxil olan məlumatda bildirilir ki, Nəsimi rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən aprelin 26-da Bakı şəhər sakini, 2006-cı il təvəllüdlü Əliyeva Aydan Valeh qızının təhsil aldığı Bakı şəhəri 5 nömrəli məktəbdən çıxaraq naməlum istiqamətə getməsi barədə Nəsimi RPİ-nin 19-cu PŞ-nə edilmiş müraciət əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əliyeva aprelin 27-də tapılaraq ailəsinə təhvil verilib.

* * *

Saat 17:05

Bakıda itkin düşən məktəbli qız tapılıb.

Bu barədə ONA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən 5 nömrəli məktəbin şagirdi Aydan Əliyeva paytaxtın "Malakan bağı" adlanan ərazisindən tapılaraq, aidiyyəti üzrə təhvil verilib.

* * *

Saat 11:21

Paytaxtın Nəsimi rayonunda məktəbli qız itkin düşüb.

ONA-nın məlumatına görə, aprelin 26-da Nəsimi rayonu 4-cü mikrorayon ərazisində yerləşən 5 nömrəli məktəbin şagirdi Aydan Əliyeva dərsdən geri qayıtmayıb.

A.Əliyeva son dəfə aprelin 27-də səhər saat 5:00 radələrinda Binəqədi rayonu Zərifə Əliyeva parkının yanında gəzərkən yaxınlıqdakı marketin kameralarına düşüb.

Onu görən şəxslərdən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng etmələri xahiş olunur.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR