Bu gün Dənizkənarı Milli Parkda 14 yaşlı qız intihara cəhd edib.
ONA-nın məlumatına görə, hadisə günorta saat 14.56 radələrində qeydə alınıb.
Yeniyetmə sudan çıxarılıb və Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, azyaşlı bədəninin soyuması və boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır