• HADİSƏ

    05:20 16 iyun 2019

Bakıda 15 yaşlı oğlan döyülərək xəsarət alıb

Bakının Qaradağ rayonunda yeniyetmə döyülüb.

ONA xəbər verir ki, hadisə Sahil qəsəbəsində qeydə alınıb.

Belə ki, 15 yaşlı İsmayılov Rizvan Söhrab oğlu qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Lazımi tibbi göstərilən R.İsmayılovun vəziyyəti hazırda orta-ağır kimi qiymətləndirilir.

Məlumata görə, yeniyetmə qonşuluqda yaşayan bir neçə şəxs tərəfindən döyülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR