• HADİSƏ

    03:00 25 may 2019

Bakıda 16 mərtəbəli binada yanğın baş verib - FOTO - VİDEO

Bakının Binəqədi rayonu ərazisində yanğın olub.

ONA-nın xəbərinə görə, hadisə Azadlıq prospekti 172 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verib.

Yanan mənzil həmin binanın 3-cü mərtəbəsində yerləşir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Binəqədi və Nərimanov rayonları üzrə Yanğından Mühafizə Hissələrinin bir neçə yanğınsöndürən maşınları və canlı qüvvələri cəlb olunub. Məlumata görə, yanğın ikiotaqlı mənzilin mətbəxindən başlayıb. Belə ki, mətbəxdə olan elektrik plitəsində yaranmış qısaqapanma sonradan yanğına çevrilib. Nəticədə mənzilin yanar konstruksiyaları 60 kv/m sahədə yanıb. Yanğın baş verərkən mənzildə heç kim olmayıb.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, hadisə zamanı xəsarət alan olmayıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR