• HADİSƏ

    23:09 16 aprel 2019

Bakıda 16 mərtəbəli binada baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Bakının Yasamal rayonu, Şərifzadə küçəsində baş vermiş yanğın söndürülüb. Sakinlər binaya buraxılsa da, bu gecəni qaranlıqda keçirməli olacaqlar.

ONA-nın ərazidə olan müxbirinin verdiyi xəbərə görə, sakinlər və yanğınsöndürənlər arasında zəhərlənmə ehtimalı ilə əlaqədar hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib. Ancaq bununla belə, zəhərlənənlər və ya xəsarət alanlar barədə bir məlumat daxil olmayıb.

FHN-dən verilən məlumata görə, yanğına elektrik naqillərində yaranmış qısaqapanma səbəb olub.

***

Saat 22:45

Bakının Yasamal rayonunda hündürmərtəbəli binada yanğın baş verib.

ONA-nın xəbərinə görə, hadisə Şərifzadə küçəsindəki 16 mərtəbəli yaşayış binalarının birində qeydə alınıb.

Bildirilir ki, yanğın binanın elektrik şaxtasında meydana gəlib və binanın aşağı mərtəbələrindən başlayaraq yuxarıya doğru genişlənib. Təhlükəsizlik məqsədilə binada qaz və elektrik xətləri şəbəkədən ayırılıb, sakinlər təxliyyə olunub.

Ərazidə hazırda Fövqəladə Hallar Nazirliyinin azı dörd yanğınsöndürən maşınları və canlı qüvvəsi işləyir.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR