• HADİSƏ

    07:28 11 oktyabr 2019

Bakıda yeniyetməyə qarşı quldurluq edilib

Bakının Nəsimi rayonunda 17 yaşlı oğlana qarşı quldurluq edilib.

APA xəbər verir ki, hadisə A.Əliyev küçəsində baş verib.

Belə ki, Bakı şəhər sakini 17 yaşlı Kamran Rüstəmov yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşıb. Naməlum şəxs K.Rüstəmovu döyərək üzərində olan mobil telefonu götürərək qaçıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanılıb.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR