Bakıda 2 avtomobil toqquşub, bir nəfər yaralanıb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 01:25 27 Avqust 2019

Bakıda 2 avtomobil toqquşub, bir nəfər yaralanıb - FOTO - VİDEO

Bakının Suraxanı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Heydər Əliyev prospektində, hava limanı istiqamətində Nəbiyev İlkin Yaqub oğlu idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanmış vəziyyətdə olan və Elçin İsmayılova məxsus "Range Rover" markalı minik avtomobilinə çırpılıb.

Qəza zamanı "Mercedes"də olan sərnişin, 1956-cı il təvəllüdlü Mustafayeva Gülsəfa Qarakişi qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Əraziyə Suraxanı Rayon Polis İdarəsinin və DYP xidmətinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Teqlər: Bakı qəza

OXŞAR XƏBƏRLƏR