Bakının Nizami rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul Məmmədov Pünhan Valeh oğlu idarə etdiyi "90-HX-930 dövlət nömrə nişanlı "Tofaş" markalı avtomobil Heydər Əliyev prospektində yüksək sürətli hərəkətdə yolda olarkən dayanmanın qadağan olunduğu hissədə anidən dayanıb.
Bu zaman avtomobildə olan sərnişin düşərək yolu keçmək istəyib.
Nəticədə arxadan yüksək sürətlə gələn 99-MH-889 dövlət nömrə nişanlı "Mercedes Vito" markalı nəqliyyat vasitəsi sərnişini vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Əraziyə Nizami Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.