• HADİSƏ

    02:24 26 dekabr 2019

Bakıda 2 avtomobil toqquşub, 1 nəfər xəsarət alıb

Bakının Suraxanı rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü - 1987-ci il təvəllüdlü Kərəmov Elnur İmaməddin oğlu xəsarət alıb.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR