• HADİSƏ

    20:32 24 oktyabr 2019

Bakıda 2 avtomobil toqquşub, 1 nəfər yaralanıb

Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Günəşli qəsəbəsində yerləşən "İn petrol" yanacaq doldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

2 nəqliyyat vasitəsinin toqquşması zamanı 32 yaşlı Rüstəmova Nəzrin Nahid qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Ona sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayo Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR