• HADİSƏ

    00:03 26 oktyabr 2019

Bakıda 2 nəfər naməlum şəraitdə bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, Sabunçu qəsəbəsində mübahisə zəminində 1995-ci il təvəllüdlü Abbaslı Nihad Ehtiram oğlu və 1989-cu il təvəllüdlü Osmanov Pərvin Xanlar oğlu bıçaqlanaraq xəsarət alıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. P.Osmanova döş qəfəsinin, N.Abbaslıya isə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR