• HADİSƏ

    02:56 2 may 2019

Yeni Yasamal qəsəbəsində piyadanı maşın vurub

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

ONA-nın xəbərinə görə, hadisə rayonun Yeni Yasamal qəsəbəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü Məmmədov Amidxan Orxan oğlu yol kənarında gedərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR