• HADİSƏ

    00:47 16 may 2019

Bakıda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılaraq ölüb

Bakının Qaradağ rayonunda ehtiyyatsızlıq ölümlə nəticələnib.

ONA-nın xəbərinə görə, hadisə Lökbatan qəsəbəsində baş verib.

Belə ki, 2017-ci il təvəllüdlü Abbasova Ayla Ramin qızı yaşadığı evin 4-cü mərtəbəsinin pəncərəsindən yıxılıb.

Azyaşlı hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR