Bakıda azyaşlı uşaq dəm qazından boğulub.
ONA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, R.Quliyev küçəsi, ev 25A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 2017-ci il təvəllüdlü Verdiyev Nurlan Xaliq oğlu yataq otağında dəm qazından boğularaq ölüb.
Hadisə vaxtı azyaşlının valideynləri – Xaliq Verdiyev və Səbinə Verdiyeva da həmin otaqda olub. Lakin onların sağlamlıqlarına zərər dəyməyib.
Faktla bağlı Xətai rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.