Bakının Binəqədi rayonunda 20 yaşlı gənc bıçaqlanıb.
ONA xəbər verir ki, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsində 1999-cu il təvəllüdlü Quliyev Ümid Sadiq oğlu bir neçə bıçaq xəsarətləri alıb.
Yaralı 1 saylı Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.