Bakının Yasamal rayonunda binadan yıxılan şəxs ağır xəsarət alıb.
APA-nın məlumatına görə, hadisə Zahid Xəlilov küçəsində yerləşən beşmərtəbəli binanın yaxınlığında baş verib.
1999-cu il təvəllüdlü Hüseynov Fuad Müqabil oğlu hündürlükdən yıxılaraq yaralanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. F.Hüseynova qapalı kəllə-beyin travması, onurğa sütununun sınması diaqnozu qoyulub. Həkimlərin verdiyi məlumata görə, yaralı affekt vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.