• HADİSƏ

    23:02 2 mart 2020

Bakıda 20 yaşlı qadını avtomobil vurub

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə "28 Mall" ticarət mərkəzinin yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçən 2000-ci il təvəllüdlü Məmmədova Nuranə Surəddin qızını vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR