• HADİSƏ

    03:32 5 may 2019

Bakıda 22 yaşlı gənci avtomobil vurub - FOTO - VİDEO

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın xəbərinə görə, hadisə Azadlıq prospektində, yolötürücü tunelin yaxınlığında qeydə alınıb.

Məlumata görə, Elşən Hüseynovun idarə etdiyi "Mercedes" markalı minik maşını 22 yaşlı Dadaş Babayevi vurub. Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatlarını Binəqədi polisi araşdırır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR