Bakının Suraxanı rayonunda qadın iki azyaşlı övladı ilə itkin düşüb.
Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, Yeni Suraxanı qəsəbəsi, ev 45-də yaşayan 1995-ci il təvəllüdlü Bağırova Raziyyə Fəxrəddin qızı, övladları - 2015-ci il təvəllüdlü Bağırova Mövlanə Elvin qızı, 2017-ci il təvəllüdlü Bağırov Səccad Elvin oğlu ilə birlikdə fevralın 20-də evdən çıxıblar və qayıtmayıblar.
Faktla bağlı araşdırmalara başlanıb.