• HADİSƏ

    10:35 20 may 2019

Bakıda 25 yaşlı oğlan avtomobili ilə birgə yoxa çıxıb

Bakı sakini itkin düşüb.

ONA-nın məlumatına görə, mayın 18-də Zabrat qəsəbəsində yaşayan Şərifova Əntiqə Təyyar qızı ərazi üzrə polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan oğlu, 1994-cü il təvəllüdlü Mazanlı Tərxan Rahid oğlu mayın 14-də saat 15:00-da özünə məxsus “Wolskwagen Passat” markalı, 50-DJ-445 dövlət nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR