Bakıda 26 yaşlı oğlan intihara cəhd edib.
ONA-nın məlumatına görə, paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində 1993-cü il təvəllüdlü Quliyev Tural Nurəddin oğlu üstünə benzin tökərək özünü yandırıb. Xəstəxanaya aparılan T.Quliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanıb.