Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, Səməd Vurğun bağının yaxınlığında naməlum şəxs və ya şəxslər 1992-ci il təvəllüdlü Qəhrəmanov Xəyal İlham oğlunu bıçaqlayıblar.
Daha sonra onun pulunu və telefonunu almaq istəyiblər.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Ona qarının sağ yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.