• HADİSƏ

    05:17 3 aprel 2019

Bakıda 27 yaşlı oğlanı avtomobil vurub

Paytaxtda piyadanı avtomobil vurub.

ONA-nın verdiyi xəbərə görə, avtoqəza Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə baş verib.

Yol qəzası zamanı 1992-ci il təvəllüdlü Məhərrəmov Vüsal Nurəli oğlu avtomobil zərbəsinə tuş gəlib. Yaralı sürücü tərəfindən xəstəxanaya çatdırılıb və ona lazımi tibbi yardım göstərilib.

Hadisənin təfərrüatları araşdırılır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR