Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 1-ci Mədən massivində qeydə alınıb.
Mübahisə zəminində 1990-cı il təvəllüdlü Kərimov Mürvət Rafiq oğlu bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ona bel nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.