• HADİSƏ

    05:57 20 mart 2019

Bakıda 3 avtomobil zəncirvari qəza törədib, bir nəfər xəsarət alıb - FOTO - VİDEO

Bakı-Sumqayıt şossesində zəncirvari yol qəzası baş verib, xəsarət alan var.

ONA-nın xəbərinə görə, hadisə yolun Bakının Nəsimi rayonu ərazisinə düşən hissəsində, tunelin çıxışında qeydə alınıb.

"Lexus" markalı avtomobilin sürücüsü hərəkətdə olan zaman qarşısına çıxan maneəyə görə qəfil əyləcdən istifadə edib. Bu vaxt arxadan gələn "Mercedes" markalı digər avtomobil ona çırpılıb. "Mercedes"in arxasında olan "Daewoo" markalı avtomobil də eyni şəkildə zəncirvari qəzanın iştirakçısına mevrilib.

Hadisə nəticəsində "Daewoo" markalı avtomobildə olan sərnişin bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Baş vermiş qəzaya görə yolötürücü tuneldə tıxac yaranıb.

Əraziyə cəlb olunmuş Yol Patrul Xidmətinin (YPX) əməkdaşları nəqliyyatın hərəkətini bərpa edib.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR