Bakı şəhərinin Səbail rayonunda özünü təhsil aldığı 162 saylı orta məktəbin binasının 3-cü mərtəbəsindən atan şagird vəfat edib.
ONA-nın məlumatına görə, Yelena Hacıyeva yerləşdirildiyi xəstəxanada bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, aprelin 4-də 162 saylı orta məktəbin VIII sinif şagirdi Y. Hacıyeva təhsil aldığı tədris müəssisəsinin 3-cü mərtəbəsindən özünü atıb. O, müxtəlif xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılmışdı.
Məktəbdən isə şagirdin özünü atmadığı, yıxıldığı bildirilmişdi.