Bakının Xətai və Sabunçu rayonlarında xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
APA xəbər verir ki, Sabunçu rayonu ərazisində 2 nəfəri avtomobil vurub.
Sabunçu bazarının yaxınlığında yolu keçən 1973-cü il təvəllüdlü Abbasov Əflatun Təyyar oğlunu minik avtomobili vurub. Yaralı baş nahiyəsindən ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Sabunçu rayonu, Ramana qəsəbəsində 1981-ci il təvəllüdlü Əliyev Xaləddin Balakərim oğlunu minik avtomobili vurub. Yaralı sol baldırının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Xətai rayonu, Cavanşir küçəsində də piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
1964-cü il təvəllüdlü Həsənli Məhərrəm İslam oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı sol baldır sümüklərinin sınığı diaqnozu ilə 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.