Paytaxtın Xəzər rayonunda qətl törədilib.
ONA-nın məlumatına görə, mayın 19-dan 20-nə keçən gecə Binə südçülük sovxozunda 1974-cü il təvəllüdlü Zaur Rzayev ailə münaqişəsi zamanı, qısqanclıq zəminində arvadı Maral Rzayevanı, qızı 1999-cu il təvəllüdlü Samirə Rzayevanı, kirayədə qaldığı evin sahibi Qəmər Nadıyevanı və həmin vaxt mənzildə olan, 1982-ci il təvəllüdlü Əliyev Vasif Fərzəli oğlunu bıçaqlayıb. Yaralılar 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb. Ağır xəsarətlər alan Vasif Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törədib qaçan Z.Rzayev Xəzər rayon hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.