• HADİSƏ

    03:00 8 fevral 2020

Bakıda 3 otaqlı ev əşyaları ilə yanıb


Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, hadisə nəticəsində ev əşyaları da yanıb.

Hadisə yerinə gələn FHN-in yanğından mühafizə bölmələri tərəfindən bitişik evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR