• HADİSƏ

    17:54 26 aprel 2019

Bakıda 30 nəfərə qarşı dələduzluq edən qadının məhkəməsi başlayır - FOTO

Külli miqdarda dələduzluqda təqsirləndirilən Fəxrəndə Səfərovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynin sədrliyi ilə araşdırılacaq məhkəmənin hazırlıq iclası mayın 6-na təyin edilib.

İttihama görə, Fəxrəndə Səfərova sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. Məlum olub ki, F.Səfərova “İnstagram” sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün “İnşaatçılar” metro stansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq, özünə şərik axtardığını bildirib. O, təxminən 30 nəfərə 480 min manatdan çox ziyan vurub.

İstintaqa ifadəsində F.Səfərova bildirib ki, vətəndaşların köməyi ilə iki mağaza açıb və bir müddət də qazancı onlarla bölüşüb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR