• HADİSƏ

    03:37 8 iyun 2019

Bakıda 30 yaşlı kişi üzündən bıçaq xəsarəti alıb

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

ONA xəbər verir ki, Balaxanı qəsəbəsində baş vermiş hadisə zamanı 30 yaşlı kişini üz nahiyəsindən bıçaqlayıblar.

Belə ki, 30 yaşlı Sadıqov Rəvan Fərhad oğlu tanıdığı şəxslə mübahisə edib. Nəticədə R.Sadıqov üzündən iti alətlə xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona üzün sol nahiyəsinin kəsilmiş yarası diaqnozu qoyulub. R.Sadıqova ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR