Bakıda 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub  - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 14:09 07 Mart 2021

Bakıda 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub - FOTO

Paytaxtda əsən güclü külək nəticəsində 319 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindın ONA-ya verilən məlumata görə, digər bir neçə məktəbin həyətində isə ağacların aşması, xüsusi konstruksiyaların zədələnməsi halları müşahidə olunub.

Müvafiq təhlükəsizlik tədbirlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək.

Qeyd edək ki, paytaxtda müşahidə olunan güclü külək 278 nömrəli tam orta məktəbin bir korpusunun dam örtüyünü də uçurub.

OXŞAR XƏBƏRLƏR