Bakıda 33 yaşlı kişi itkin düşüb.
ONA-nın məlumatına görə, Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava ev 28E ünvanında yaşayan, 1986-cı il təvəllüdlü Əmirov Kamran Oruc oğlunun 25 mart 2019-cu il tarixdə saat 12 radələrində evdən çıxaraq bir daha geri qayıtmaması barədə məlumat daxil olub.
Daxil olan məlumat əsasında Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.