• HADİSƏ

    23:15 2 may 2019

Bakıda 35 yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma olub.

ONA-nın xəbərinə görə, hadisə Zabrat qəsəbəsində baş verib.

Belə ki, 1984-cü il təvəllüdlü Musayev Cavad Əlirza oğlu naməlum şəraitdə bıçaqlanıb. Onu bıçaqlayan şəxsin kimliyi bilinmir.

C.Musayev xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti qənaətbəxşdir.

Fakt Sabunçu polisi tərəfindən araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR