• HADİSƏ

    19:40 19 mart 2019

Bakıda 37 yaşlı qadın itkin düşüb

Bakıda 37 yaşlı qadın itkin düşüb.

ONA-nın məlumatına görə, Bakı şəhər Nizami rayon sakini Əzimov İlham Yusif oğlu Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək, onunla birlikdə yaşayan, qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1982-ci il təvəllüdlü Qocayeva Simayə Fazil qızının martın 15-də saat 13:30 radələrində yaşadıqları evdən çıxaraq getdiyini vı bir daha geri qayıtmadığını bildirib.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR