• HADİSƏ

    02:58 24 may 2019

Bakıda 38 yaşlı kişi boğazından bıçaqlanıb

Bakıda 38 yaşlı kişinin boğazına bir neçə bıçaq zərbəsi vurulub.

ONA-nın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa-Buzovna yolunda baş verib.

1981-ci il təvəllüdlü Məmmədov İntiqam İnqilab oğlu yaşadığı evin yaxınlığında tanımadığı şəxslə mübahisə edib. Nəticədə, o, boynundan bıçaqlanıb.

Boyun nahiyəsindən bir neçə bıçaq zərbəsi alan yaralı dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan İ.Məmmədov reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR