Bakıda 38 yaşlı şəxs qayınları və digər şəxslər tərəfindən döyülərək bıçaqlanıb.
ONA-nın məlumatına görə, hadisə Xətai rayonu Əhmədli qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən mənzildə kütləvi dava zamanı baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü Əliyev Rəşad İbrahim oğlu yaşadığı evdə üç qaynı ilə əlbəyaxa dava edib. O, qayınları və onların dostları tərəfindən bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.