• HADİSƏ

    15:33 15 aprel 2019

Bakıda 39 azyaşlını cinayətə cəlb edən şəxs həbs edilib

Bakıda mağazalardan oğurluq etməkdə təqsirləndirilən Şahmurad Xudaverdiyev həbs olunub.

ONA-nın xəbərinə görə, Ş. Xudaverdiyev oğurluq əməlini yetkinlik yaşına çatmayan azyaşlıların vasitəsilə törədib. Barəsində həbs-qətimkan tədbiri seçilən Ş. Xudaverdiyevə Cinayət Məcəlləsinin 170.1-ci (on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ş. Xudaverdiyevin cinayət işi araşdırılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə araşdırılacaq.

İş üzrə 39 nəfər azyaşlı zərərçəkmiş şəxs qismində tanınıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR