Bakıda 41 yaşlı kişi öz tanışı tərəfindən döyülüb.
ONA xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi "Mayak" yaşayış massivi, Almas İldırım küçəsində baş verib.
Tanışı tərəfindən döyüldüyü bildirilən 1978-ci il təvəllüdlü Qasımov Əlvan Elbrus oğlu dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra ona qabırğaların sınığı diaqnozu qoyulub.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.