• HADİSƏ

    04:06 27 aprel 2019

Bakıda 41 yaşlı qadın qohumu tərəfindən döyülüb

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində döyülmə hadisəsi baş verib.

ONA-nın məlumatına görə, 41 yaşlı Əhmədova Nəzakət Abbas qızı yaşadığı evin yaxınlığında qaynının qızı tərəfindən döyülüb.

Hadisə ailə daxilində baş vermiş anlaşılmazlıq nəticəsində yaranıb.

Yaralı xəstəxanaya çatdırılıb və lazımi tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR