Bakının Binəqədi rayonunda bıçaqlanma olub.
ONA-nın verdiyi xəbərə görə, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində 43 yaşlı Gəray Ağayev naməlum şəraitdə bıçaqlanıb.
Bud və qol nahiyəsindən iki bıçaq xəsarəti alan G.Ağayev xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda vəziyyəti qənaətbəxşdir.
Faktın təfərrüatlarını 40-cı Polis Bölməsi araşdırır.