• HADİSƏ

    11:01 21 may 2019

Bakıda velosipedçini avtomobil vurub

Paytaxtın Səbail rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

ONA-nın məlumatına görə, mayın 20-də Bibiheybət qəsəbəsində velosipedlə hərəkətdə olan 1976-cı il təvəllüdlü Səlimov Ruslan Feyzulla oğlunu “Mercedes” markalı avtomobil vurub. Ağır xəsarətlər alan R.Səlimov xəstəxanaya aparılıb. O, kəllə-beyin travması diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR