Paytaxtın Nəsimi rayonunda intihara cəhd qeydə alınıb.
ONA-nın məlumatına görə, Nəsimi rayonunda yaşayan 1975-ci təvəllüdlü Məmmədov Səid Həsən oğlu özünü 3-cü mərtəbədə yerləşən mənzildən atıb. Ağır xəsarətlər alan S.Məmmədov xəstəxanaya yerləşdirilib.
Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyətinin kafi olduğu bildirilir.