Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
ONA xəbər verir ki, avtoqəza Binə qəsəbəsində baş verib.
Minik avtomobili 1976-cı il təvəllüdlü Babayev Vüqar Səfər oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılıb. Ona sağ dizin əzilmiş yarası, barmaqların sıyrılmış-kəsilmjş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.