Paytaxtın Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
ONA-nın məlumatına görə, aprelin 30-da Səməd Vurğun küçəsində 1974-cü il təvəllüdlü Kürdəmir rayon sakini Emin Xəlilov naməlum şəxs tərəfindən bıçaqlanıb. Çoxsaylı xəsarətlər alan E.Xəlilov xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənənin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.