Nardaran-Maştağa qəsəbəsi, Yeni yaşayış massivində döyülmə hadisəsi qeydə alınıb.
ONA-nın xəbərinə görə, 46 yaşlı Qarayev Edqar Binnət oğlu həyat yoldaşı ilə mübahisə edib.
Mübahizə zamanı o, arvadı tərəfindən küt alətlə döyülüb. Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həkimlər ona döş qəfəsinin və başının əzilməsi diaqnozu qoyub.
Fakt araşdırılır.
Nurlan Əli