• HADİSƏ

    21:27 25 iyun 2019

Bakıda 5 nəfər dönərdən zəhərlənib

Bakının Nizami rayonunda zəhərlənmə olub.

Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə Babək prospekti 65 ünvanında yerləşən dönərxanada qeydə alınıb.

Belə ki, zəhərlənmə diaqnozu ilə 5 nəfər kişi xəstəxanaya müraciət edib. Onlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına, üçü isə 1 saylı Xəstəxanaya çatdırılıb.

Hazırda müalicələri davam edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR